Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.
Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Gununsesi.info unikal.org-a istinadən bildirir ki, N.Allahyarova bu barədə faktı təsdiqləyib.
Xatırladaq ki, N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Universitetinin rektorunun müşaviri olub. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.
Qeyd edək ki, sözügedən xəbəri ilk olaraq topxəbər.az yayıb.