Nurməhəmmədov növbəti döyüşünə hazırlıqından danışdı

  • By admin
  • 09 Avqust 2020 19:45

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün “Instagram”dakı səhifəsində son məşqindən şəkil paylaşıb.

Gununsesi.info xəbər verir ki, fotoda o və əmisi oğlu Abubakarın yorğunluqdan sonra dincəlmələri əks olunur.

“Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək”, – idmançı yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.