
“Hakimiyyətdə övladlarımın varisilik məsələsi gündəmdə deyil və bu mümkün olan şey deyil”. Gununsesi.info xəbər verir ki, bu fikri Qazaxstan prezidenti Nursultan Nazarbayev “Bloomberg”-ə müsahibəsində deyib.
Nazarbayev deyib ki, belə bir variant bizim üçün məqbul deyil: “Bizdə hakimiyyətin ötürülməsi məsələsi ölkə Konstitusiyasında öz əksini tapıb”.
2020-ci ildə növbəti prezident seçkilərində namizədlyini irəli sürüb-sürməyəcəyi məsələsinə də aydınlıq gətirən Nazarbayev bildirib ki, Qazaxstanın seçki qanunvericiliyi və Konstitusiyaya əsasən mənə növbəti seçkilərdə namizədliyini irəli sürmək hüququ verir: “2020-ci ildə nə baş verəcək və necə olacaq, mən bu barədə heç nə demək istəmirəm. Bu bir sıra faktorlardan asılıdır”.
Mürtəza
Gununsesi.info