Nuru paşa tərəfindən polkovnik rütbəsi verilən Dağlı Musa kim olub? - VİDEO

  • By admin
  • 13 Noyabr 2017 15:50

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, M.Ələsgərova 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilib.

Daha sonra onun rütbəsi polkovnikliyə qədər artırılıb.

Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçırıb öz vətənlərinə yola salırmış.

Gununsesi.info