
Dünyaca məşhur fındıq kreminin ixtiraçısı, “Nutellanın atası” italiyalı kimyaçı Françesko Rivella 97 yaşında vəfat edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rivella Cümə günü, fevralın 14-də, Sevgililər Günündə vəfat edib.
Nutellanın doğulmasına şahid olan və markanın ən əhəmiyyətli adlarından biri olan Rivella, Ferreronun ilk illərindən desertlər dünyasına mühüm töhfə verdi.
Françesko Rivella Ferreroda 1952-ci ildə, cəmi 25 yaşında ikən işləməyə başlayıb. Turində bromatoloji kimya üzrə təhsil alan Rivella Ferreronun laboratoriyasında desertlərin əsas komponentlərini tədqiq edən və qarışıqları yaradan komandanın əsas üzvü idi. Məhz bu dövrdə Nutellanın ilkin konsistensiyasına çatmaq üçün təcrübələr və düsturların hazırlanması prosesi başladı.
1946-cı ildə istehsal olunan “Giandujot” adlı fındıq və şokolad qarışığına əsaslanır. Bu məhsul dilimlənən quruluşu ilə diqqət çəkmiş və 1951-ci ildə daha qaymaqlı olmuş və “SuperKrema” adı ilə bazara təqdim edilmişdir. Nəhayət, son resept 1964-cü ildə Nutellanın hazırkı formulunu formalaşdırdı.
Orxan Saffari