Nüvə fəlakətinə həmişəkindən daha yaxınıq

  • By ilhame
  • 12 Dekabr 2023 22:15

“Astana klubu”nun plenar iclasında çıxış edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev yeni geosiyasi reallığın formalaşmasının səbəblərini – güclərin qarşıdurması, iqtisadi böhran və nüvə təhlükəsini azaltmaq üçün əməkdaşlığın zəifləməsini müzakirə edib.

Gununsesi.info xəbər verir ki, Nazarbayev belə bir geriləmənin onu xüsusilə narahat etdiyini bildirib: “Çünki ölkəmiz nüvə tərksilahına böyük töhfə verib”.

O qeyd edib ki, gələcəkdə mümkün nüvə eskalasiyası fonunda nüvə silahının yayılmaması və tərksilah məsələləri antinüvə hərəkatının bütün iştirakçılarının aktivləşməsini tələb edir.

 

Gununsesi.info