Nüvə müharibəsi baş verərsə, ABŞ bu ölkələrə tab gətirə bilməyəcək

Nüvə müharibəsi baş verərsə, ABŞ Rusiya, Çin və Şimali Koreyaya uzun müddət tab gətirə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Economist”in materialında deyilir.

Nəşr yazır: “Yüksək rütbəli Amerika rəsmilərinin son təəccüblü bəyanatlarına əsasən, bu sualın cavabı (ABŞ Rusiya, Çin və KXDR-ə nə qədər müqavimət göstərə bilər) belədir: “Yəqin ki, uzun müddət olmayacaq”.

Materialın müəllifi nəzəri cəhətdən mümkün olan belə bir vəziyyəti amerikalılar üçün “kabus” adlandırır.

Həmçinin bildirilir ki, bu narahatlıqlar fonunda Bayden administrasiyası yerləşdirilən nüvə qüvvələrini genişləndirmək üçün hazırlıqlara başlayıb.

Bildirilir ki, proses 2026-cı ildə – ABŞ və Rusiyanın tərəfdar olduğu START III müqaviləsinin müddəti başa çatdıqdan sonra başlaya bilər.

Bundan əvvəl Donald Tramp milyarder İlon Maska müsahibəsində demişdi ki, dünya iqlimin istiləşməsindən yox, nüvə istiləşməsindən qorxmalıdır. Onun sözlərinə görə, bu gün real təhlükə yaradan budur.

 

 

Şəbnəm

Gununsesi.info