Nüvə sazişinin yenilənməsi müzakirə oluna bilər

İran prezidenti Məsud Pezeşkian Avropa Şurasının sədri Çarlz Mişel ilə telefon danışığında İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə onu regional, qlobal sülh və təhlükəsizliyə əhəmiyyətli təhdid adlandırıb.

Gununsesi.info xəbər verir ki, u barədə IRNA agentliyi məlumat yayıb.

İran lideri deyib: “ABŞ və bəzi Qərb ölkələrinin ikili standartları sionist rejimi daha da həyasız edib.

Bundan əlavə, Pezeşkian ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası tərəfindən 2018-ci ildə ləğv edilmiş və o vaxtdan bəri qeyri-müəyyənlikdə qalan nüvə sazişinin bərpası üçün “danışıqların yenidən başlaması yollarını müzakirə edib:“Əgər hər iki tərəf bütün öhdəliklərini yerinə yetirsə və etimad yaranarsa, nüvə sazişinin yenilənməsi ilə yanaşı, digər məsələlər də müzakirə oluna bilər”.

Bildirilir ki, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan sazişin sanksiyaların müəyyən qədər yumşaldılması müqabilində İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutduğu aydınlaşdırılır.

Bundan əvvəl İsrailin İrandan mümkün hücuma hazırlaşdığı məlum olub.

Qeyd olunur ki, Təl-Əviv öz kritik infrastrukturunu şaxələndirir və gücləndirir.

 

 

Günay

Gununsesi.info