“Nüvə silahım olsa, oraya ataram” – Kadırovdan sərt açıqlama

  • By admin
  • 06 Sentyabr 2017 20:57

6041275b0069bc450c48d4b15907dbd4__1440x
Çeçenistanda Myanmada müsəlmanların işgəncələrə məruz qalmasına etiraz olaraq minlərlə insan aksiya keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada çıxış edən Çeçenistan rəhbəri Ramzan Kadırov Myanma hökumətini sərt tənqid edib:

“Əgər nüvə silahım olsaydı, onu Myanmadakı müsəlmanlara zülm edənlərə qarşı istifadə edərdim”.

Qeyd edək ki, 25 avqustdan etibarən Myanmada Arakan müsəlmanlarına edilən işgəncələrdən 3 minə yaxın insane ölüb. 100 mindən çox müsəlman isə Banqladeşə sığınıb.

Gununsesi.info