Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb

  • By admin
  • 01 Noyabr 2019 19:44

Hindistanın Nyu-Dehli şəhərinin rəhbərliyi havanın çirklənməsi səbəbindən noyabrın 5-dək bütün məktəbləri bağlayıb.

Gununsesi.org “İndia Today”ə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Arvind Kedjrival “Twitter” səhifəsində açıqlama verib.

“Şəhərdə çirklənmə səviyyəsi məhsulu yığılmış sahələrin yandırılması üzündən artıb. Ona görə də hökumət şəhərdəki bütün məktəblərin noyabrın 5-dək bağlı qalacağı barədə qərar verib”, – A.Kedjrival yazıb.

Ətraf Mühitin Çirklənməsi İdarəsi havanın keyfiyyətini “ifrat+”dan “təhlükəli” səviyyəyə yüksəldiyini, bununla da sağlamlıq üçün fövqəladə vəziyyətin yarandığını açıqlamışdı.

Yaranmış vəziyyətlə bağlı hökumət məktəblilərə maska paylayır.

 

Gununsesi.org