ABŞ-nin nüfuzlu nəşri Politico yazır ki, Nyu-York şəhərinin tanınmış ictimai və siyasi xadimləri son həftələrdə qapalı görüşlər keçiriblər.
Məlumata görə, görüşlərdə ABŞ prezidenti Donald Trampın yeni seçilmiş mer Məmdaninin hakimiyyətə gəlməsinə cavab olaraq Milli Qvardiyanı və ya digər federal qüvvələri Nyu-Yorka göndərmək ehtimalı müzakirə olunub.
Nəşr qeyd edir ki, bu ehtimal şəhərdə ciddi narahatlığa səbəb olub və yerli rəhbərlik federal müdaxilənin qarşısını almaq yollarını nəzərdən keçirir.
Şəbnəm













