
Nyu-Yorkun mərkəzi meydanı – Tayms-skverdə avtomobil böyük sürətlə piyadalara çırpılıb.
Gununsesi.info Reuters agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində bir nəfər həlak olub. Bu barədə agentliyə hadisənin şahidi məlumat verib. O, həmçinin bildirib ki, tibb işçiləri 7 nəfəri xərəkdə aparıblar. Sürücü bu hərəkəti çox güman ki, məqsədli şəkildə həyata keçirib.
Polis hadisə yerini dövrəyə alıb. Digər təfərrüatlar barədə məlumat verilmir.
Gununsesi.info