Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu

ABŞ-nin Nyu-York şəhərində keçirilib BMT Su Konfransı çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə edilib.

Qeyd edək ki, Nyu-Yorkda keçirilən BMT-nin Su Konfransında Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Konfrans çərçivəsində martın 24-də Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya keçiriləcək.

 

Gununsesi.info