ABŞ-ın Nyu-York şəhərində cümə günləri və Ramazan ayı boyunca azan səsinin ucadan oxunacağı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Nyu-York meri Erik Adams məlumat verib.
O, bildirib ki, Nyu York Polis Departamentinin icazəsilə məscidlərdə cümə günləri və Ramazan ayı boyunca azan səsləndirməsinə icazə veriləcək.
“Nyu Yorkda ibadət etməkdə azadsınız”.
Qeyd edək ki, Nyu-Yorkda yaşayan müsəlmanlar xüsusilə 11 sentyabr hücumlarından sonrakı illərdə ayrı-seçkiliklə üzləşib.
Tərcümə
Şəbnəm
Gununsesi.info