Sentyabrın 29-da, Nyu York vilayətində rekord həddə yağış yağıb. Güclü yağışların ardından baş verən daşqınlar nəticəsində bütün metro xəttləri bağlanıb, şəhərin əsas yolları yarasız hala düşüb.
Gununsesi.info xəbər verir ki, Nyu York qubernatoru Kati Hoçul pis hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Şəhər qubernatoru sakinlərin evlərini tərk etməməsi üçün xəbərdarlıq edib.
Nyu Yorkda güclü yağış nəticəsində bir aylıq normadan artıq yağıntı düşüb.
CNN’nin məlumatına görə, leysanın güclü olduğu Bruklin şəhərində qısa müddət ərzində yağıntının miqdarı 11 sm-dən çox olub.
ABŞ-ın Milli Meteorologiya Xidməti ölümcül təsirləri ola bilən leysan təxminən 8.5 milyon insanın yaşadığı ərazini əhatə edir.
Ölkənin şimal şərqində baş verən leysanlar nəticəsində ölənlərin sayı isə 13-ə çatıb.
The Guardian xəbər verir ki, ölənlərin əksəriyyəti zirzəmidə yaşayanlar olub.
Nyu Yorkun Bronx, Brooklyn və Queen bölgələrində ictimai nəqliyyat və çox sayda yaşayır yerlərinin də yarasız hala düşdüyü bildirilir.
Gununsesi.info