Nyu-Yorkda Türk Evinə hücum edildi - Fotolar

ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evinə hücum edilib.

Gununsesi.info “Sabah”a istinadən xəbər verir ki, səhərə yaxın naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.

Hazırda şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.

Qeyd olunur ki, hazırda Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir. Bununla yanaşı, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğu da məhz bu binada yerləşir.