Nyu-Yorkda xəstəxanaya yerləşdirilən COVID xəstələrinin sayı iki dəfə artıb

  • By admin
  • 02 Yanvar 2022 23:46

Nyu-York əyalətindəki xəstəxanalarda koronavirus xəstələrinin sayı son on gündə demək olar ki, iki dəfə artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ştat qubernatorluğundan məlumat verilib.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda dövlət xəstəxanalarında 8451 nəfər koronavirus xəstəsi var (bir gündə bu rəqəm 532 nəfər artıb). Cəmi on gün əvvəl isə bu rəqəm 4 452 nəfər olub.

Qeyd edək ki, son həftələrdə Nyu-York koronavirusun “Omikron” ştammının yayılma mərkəzlərindən birinə çevrilib.

 

 

Gununsesi.info