Nyu-Yorkun mərkəzində Ukrayna bayrağı qaldırıldı: "Qalib gələnə qədər..." - VİDEO

  • By admin
  • 24 Mart 2022 09:06

Nyu-Yorkun mərkəzində – Manhettendə şəhər meri Erik Adams Rusiyanın təcavüzünə qarşı çıxan Ukraynaya şəxsən dəstək olaraq Ukrayna bayrağını qaldırıb.

Gununsesi.info “Ukrinform”a istinadla xəbər verir ki, mərasimdə Ukraynanın Nyu-Yorkdakı baş konsulu Aleksiy Qolubov, şəhər şurasının və meriyanın üzvləri, konqresmenlər, Ukrayna ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Adams vurğulayıb ki, bayrağın qaldırılması həm də Ukrayna xalqının enerjisini və ruhunu yüksəldir. Bizim onlarla bir olduğumuzu bilsinlər.

“Qlobal miqyasda baş verən istənilən münaqişə Nyu-York küçələrində cərəyan edir. Kiyevdə partlayan bombalar burada, Nyu-Yorkda və bütün ölkədə ürəyimizi parçalayır”, – o deyib.

Nyu-York meri Rusiyanın terror hücumlarına və zorakılığına qarşı çıxan Ukrayna xalqının dözümlülüyü və ruhu ilə fəxr etdiyini bildirib:

“Biz Vətən uğrunda döyüşməyin nə olduğunu bilirik. Və bu gün biz birik. Biz sizinləyik. Biz Ukrayna xalqının bir hissəsiyik”.

Qeyd olunur ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələnə qədər bayraq Nyu-York üzərində dalğalanacaq.

Gununsesi.info