“NZS qəsəbəsi” “Ağ Şəhər” layihəsinə salınır? / FOTOLAR

  • By admin
  • 18 Sentyabr 2023 15:29

Bakının “NZS qəsəbəsi” sosial problemlərin mərkəzində olması ilə zaman-zaman məbuatda gündəm olur. Uçuq-sökük evlər, bərbad yollar, işləməyən kanalizasiyalar, ufunət yayan küçələr, sənədsiz mənzillər, “Getto həyatlar” və daha çoxu…

Bu cür ərazilərin dövlət qediyyatına və planlamasına salınması ilə bağlı zaman-zaman addımlar atılır, göstərişlər və fərmanlar verilməkdədir.

Bakı Ağ Şəhər — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.

Hazırda sosial problemlərin məngənəsində əzilən sakinlərin yaşadığı bu bölgə 20-ci əsrin əvvəllərində “Qara Şəhər” adlanmış, ancaq 21-ci əsrin əvvəlində “Bakı Ağ Şəhərə” dönüşmüşdür.

Gununsesi.info-ya “Bakı Ağ Şəhər” layihəsinin davamı kimi, “Bakı Ağ Şəhər-2” layihəsinin davam etdirilməsi ilə bağlı  məlumat daxil olub.

Bizə məlumat verən mənbə bildirir ki, həmin layihədə Nobel Prospektində metroxəttinin tikilməsi də nəzərdə tutulub.

Sakinlərin çoxsaylı problemlər içində yaşadığı ərazinin dövlət qeydiyyatına alınaraq rəsmi qaydada və ictimai problemlərin olmadığı həyatla qarşılaşacağı ümidlər hələ də qalır.

Dövlətin vətəndaşlara sahib çıxması, öz torpaqlarına diqqət yetirməsi neçə yeni ümidlərin cücərməsi və həyatların nurlanması ola bilər.

Mövzuda qeyd etdiyimiz layihə Nobel Prospektindən Xəzər Televisiyasının giriş hissəsinə kimi olan əraziləri, həmçinin Babək Prospekti və “NZS qəsəbəsi”ni(Oqtay Vəliyev küçəsi, İlqar Həbibov küçəsi, Rəşid bağırov küçəsi, Marat Əmirxanov küçəsi və s) də əhatə edir.

Qeyd etdiyimiz layihə analoqu olmayan layihədir, gigiyena, şəhərin ekoloji təmizliyi, əhalinin sağlamlağının qorunması, şəhərin daha da yaşıllaşdırılması, Bakı bulvarının genişlənməsi və insanların rahatçılığının təmin olunması baxımından Bakı Şəhərinin baş planına uyğundur.

Bütün bunlar isə sosial problemlər və çətinliklərlə üzləşən “NZS qəsəbəsi”nin yeni həyata qovuşacağı, ərazidəki plan, tikinti, inşaat işləri ilə canlandırılaraq şəhərin ticari-nəqliyyat və sosial həyatında qatqılar verə bilməsi deməkdir.

Sözügedən layihə bir çox xüsusiyyətləri baxımından, “Bakı Ağ Şəhər” layihəsindən daha mükəmməl bir layihədir. Bununla bağlı olaraq həm “Bakı Ağ Şəhər ASC”-dən, AR Dövlət Şəhərsalma və Arxitektura komitəsindən məlumat almağa çalışacağıq.

 

Arzu

Gununsesi.info