O, 12 nəfər döyüşçü ilə bir gündə şəhidliyə yüksəldi… -FOTOLAR

  • By admin
  • 15 Mart 2021 16:10

Azərbaycanda Novruz ənənələrindən biridə odur ki, insanlar ili tamam olmamış dünyasını dəyişən doğmalarına mart ayı daxil olandan bayramın gəlişinədək Qarabayram mərasimi keçirir. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş minlərlə şəhidimizin ailəsində onların ruhuna Qarabayram qeyd edilir. Bu günlərdə o ailələrin maddi-mənəvi yanında olmaq hər bir Azərbaycan vətəndaşının ən ümdə borcudur deyə düşünürük. Ruhları şad olsun!

Şəhid leytenant Şəbiyev Məhəmməd Vaqif oğlu 06.08.1998-ci ildə Bakı şəhərində anadan olub.

HTML tutorial

2015-ci ildə Çəmşid Naxçıvanski adına hərbi liseyinə daxil olub. Bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq 2020-ci ildə leytenant rütbəsi ilə oranı bitirmişdir.Məhəmmədin atası da ehtiyyatda olan zabit mayoru Vaqif Şəbiyevdir.Məhəmməd 2020-ci ildə Ağdamda N saylı hərbi hissədə işləməyə başladıqdan 3 ay sonra müharibənin başlaması səbəbindən sentyabrın 27-də, 12 zabit heyəti ilə cəbhəyə gedir. Şəhid olduğu gün, səhər saat 10-da ailəsi ilə telefonla danışaraq:”Hər şeyin yaxşı olduğunu, narahat olmamalarını söyləyir”. Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmançasına döyüşərək 12 zabit heyətilə bərabər elə həmən gün oktyabrın 04-də şəhidlik zirvəsinə yüksəlirlər. Bakıdakı 2-ci Şəhidlər xiyabanında da döyüş yoldaşları ilə bərabər uyuyurlar. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 15 dekabr, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilir. Şəhid nişanlı idi, ailəsində özündən başqa iki qardaşı, bir bacısı qaldı. Ailədə onu Zaur deyə cağırırdılar. Arxasında ana-atasını, ailəsini və nişanlısını gözüyaşlı qoyub getməsinə baxmayaraq Qələbə tarixinə adını qəhrəman şəhid kimi qızıl hərflərlə yazdı Şəbiyev Məhəmməd Vaqif oğlu. Məkanı Cənnət olsun!

 

Məmmədova İlhamə

Gununsesi.info