“O Səs Türkiyə”dən Azərbaycan musiqisinə ağlasığmaz hörmətsizlik.
Gununsesi.info xəbər verir ki, “O ses Türkiye” yarışmasının bu dəfəki buraxılışında Azərbaycan musiqisi ilə bağlı kobudluğa yol verilib. Belə ki, layihəyə qatılan Güray Gültay və Müğe Genc cütlüyü musiqisi əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsus “Tut ağacım” mahnısını səsləndirsələr də, əsərin müəllifini qeyd etməyiblər. İştirakçılar hətta mahnının müəllifinin “anonim” olduğunu dilə gətiriblər. Azərbaycanın əməkdar artisti Aygün Bəylərin repertuarına müraciət edən cütlüyün səhvini yarışmanın nə yaradıcı heyyəti nə də münsifləri düzəltməyib. Onu da xatırladaq ki, Türkiyənin TV 8 kanalında yayımlanan proqramın münsif kürsüsündə Sibel Can, Hadisə, Murad Boz və Gökhan-Hakan qardaşları əyləşib. Azərbaycan musiqisinə hörmətsizlik edən cütlük isə Sibel Canı seçərək, növbəti tura vəsiqə qazanıblar.
https://www.youtube.com/watch?v=c1l2jBWQZPs
Gununsesi.info