“O səs Türkiyə”nin iştirakçısı əməliyyatsız 123 kiloqram arıqladı – FOTO

  • By admin
  • 15 Noyabr 2019 12:15

“O ses Türkiye” yarışmasına 8 il əvvəl qatılan yarışmaçı Burak Şenyüz yenidən bəxtini sınamaq qərarına gəlib.

Gununsesi.org axşam.az-a istinadən bildirir ki, 123 kiloqram arıqlayan gəncin keçmişdəki və indiki halı münsiflər heyəti və izləyciləri heyrətləndirib. Burak arıqlamaq üçün hər hansı əməliyyat etdirmədiyini, sadəcə un, şəkər və duzu həyatından çıxararaq, 5 ildə 123 kiloqram arıqladığını deyib.

O, səhnədə “Sözlerimi geri alamam” mahnısını səsləndirib və münsiflərdən Beyazıt Öztürklə Murat Bozu özünə tərəf döndürə bilib.

Burak sonda Murat Bozu seçərək onun komandasında yarışmaq istəyib.

 

 

 

 

 

 

Gununsesi.org