O torpaqlar fətvayla azad olunmayıb -Nurəddin Mehdixanlıdan Hacı Şahinə cavab

  • By admin
  • 07 Avqust 2022 11:52

Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənlinin “Bir hərbçimiz danışırdı ki, Şuşa ətrafında mühasirəyə düşmüşdük, təkbir deyən kimi ermənilər qaçdı” sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Dindarı tənqid edən şəbəkə iştirakçıları onu dedikləri ilə İranın dini liderlərinin “Qarabağ üçün dua edirdik” sözləri arasında eynilik aparıblar.

Hacı Şahinə sərt cavab verən şəxslərdən biri də tanınmış kino xadimi Nurəddin Mehdixanlı olub.

Gununsesi.info sənətçinin açıqlamasını təqdim edir:

“Əgər düşmən qaçıbsa, 3 min əsgər və zabitimiz kimlərlə vuruşaraq Şəhid olub, minlərlə əsgər və zabitimiz kimlərlə vuruşaraq əlini, qolunu,ayağını, gözünü, sağlamlığını itirərək Qazi olub?

O Qələbə, ölüm-qalım savaşında, üz-üzə savaşda, qan tökülərək, can verilərək qazanılıb.
Hay-küylə qazanılmayıb!
Hay-Küylə, donuz darıdan çıxmaz!
Azərbaycan əsgər və zabitləri, Qələbə Bayrağını qaldırmaq üçün, təpədən- dırnağadək silahlanmış düşmən əsgərini savaşaraq məhv edib və onların meyidləri üstündən keçərək Şuşaya daxil olub!
HEÇ NƏ ASAN OLMAYIB!
O torpaqlar fətvayla, hay-küylə azad olmayıb.

Günay 
Gununsesi.info