O tutulanların çoxu azad ediləcək, günahsızlıqları sübut olunacaq -AZƏR RƏŞİDOĞLU DİNDARLARA QARŞI İCTİMAİ QINAĞI TƏHLİL EDİR

  • By admin
  • 11 Aprel 2023 16:41

Vətənpərvər trollar kursu dəyişirlər. İranla münasibətlərdəki gərginlik azalmağa doğru gedir. 1-2 aya əvvəlki münasibətlər bərpa olunacaq. İranla heç vaxt dost da olmayacayıq və olmamışıq da. Amma… Lakin…

Ölkədə inanclı kəsim və sekulyarlar arasında nifaq səpildi. Baxmayaraq ki, inanclı kəsimin də önəmli hissəsi İrana qarşı idi, bəzi jurnalist və blogerlərin dindarları az qala linç etməsi. “şiə məzhəbinə mənsub” cinayətkar ifadəsinin alqışlaması münasibətlərdə uçurum yaratdı.

Dindar gənc azyaşlı uşaqların gözü qarşısında “casus və xain” ittihamı ilə həbs ediləndə və alqışlananda, sonra ittiham sübut olunmadıqda azad olunanda cəmiyyətdəki münasibətlərin sonu bəlli idi. Anlamadığım budur – şiələr (şiələrin hamısı agent deyil, İrana və harasa işləyənlərə lənət olsun) sizə nə etmişdi ki? Uzaqbaşı şeir deyib, ağlamışdı da.

Qarabağda əhli-sünnə, ateistlə çiyin-çiyinə savaşan şiəyə niyə belə nifrət edirdiniz, ey bəzi jurnalist və blogerlər?

Az da olsa utandınız? (Dindarların da ateistə təzyiqini pisləyirəm və utanmağa çağırıram). Az qala “şiə məzhəbli dindar” kəlməsini təhqir kimi işlədirdiniz. Axı o tutulanların çoxu azad ediləcək, günahsızlıqları sübut olunacaq, uşaqlarının içində isə “casus”, “xain” damğasının yarası qalacaq. Onlar sizi bağışlamayacaq…

Allah da bağışlamayacaq Vətəni parçalamaq, insanları bir-birinə düşmən etmək istəyənləri .

 

Azər Rəşidoğlu

Gununsesi.info