“O uşağı didərəm” - Xalq artisti - Video

“Şillə böyüklərimizlə getdi. Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov “Günün sədası” verilişində deyib.

HTML tutorial

“Oğlum Ümidə bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm. Yox, bilirsiniz nə qədər kövrəyəm?”, – deyə o əlavə edib.

Gununsesi.info