O yol təminat yolu olduğundan gündəlik avtomobillərin hərəkəti olub -HÜQUQŞÜNASDAN KƏLBƏCƏRDƏKİ MİNA PARTLAYIŞI HAQQINDA MÜHÜM ŞƏRH

  • By admin
  • 06 İyun 2021 23:36

Tanınmış hüquqşünas Bəhruz Bayramov Kəlbəcər rayonunun Susuzluq kəndində iki jurnalistin və bir icra hakimiyyəti işçisinin minaya düşərək həlak olması faktı barədə fikirlərini yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Baş verən terror aktı ilə bağlı aşağıdakı fikirlərimi bildirmək istəyirəm.
Partlayış anın videosuna dəfələrlə baxdıqdan sonra belə məlum oldu ki, həmin minalar yaxın saatlarda ora yerləşdirilib.

O yol təminat yolu olduğundan gündəlik avtomobillərin hərəkəti olub. Eyni zamanda video görüntülərdə həmin minaların qazılaraq basdırılması açıq aşkar görünür və belə nəticəyə gəlirəm ki, onu profesinal hərbiçilər tərəfindən qoyulmuyub. Belə ki, kəşfiyyatçılar, diversiya qrupları tərəfindən qoyulsaydı bu hiss olunmamalı idi. Belə çıxır ki, ermənilərin yerli əhalisi bu terror hadisəsinin iştirakçılarıdır.
Eyni zamanda bu bir daha onu göstərir ki sərhədlərimizi ciddi şəkildə qorumalıyıq. Təkcə Kəlbəcərin Ermənistanla sərhədi 107 kimdir. Bu terror aktı onu göstərir ki, tam nəzarət edə bilmirik. Həm də 28 il erməni işğalı altında olduğundan torpaqlarımızı yaxşı tanıyırlar və istənilən halda yerli əhalisi və hərbiçiləri belə cəhdlər edəcəkdir.. 107 km sahəni qorumaq üçün hərbi hissələr, helikopterler yerləşdirilməli və ciddi mühafizə zolağı yaradılmalıdır. Azərbaycan höküməti “10 noyabr sazişi”nə zidd olduğunu bəyan etməli və tərəf olaraq bu sazişin şərtlərinin pozulmağını RF-dan tələb edilməlidir.

Həmçinin, Azərbaycan höküməti bəyanat verərək belə halların yenidən baş verəcəyi təqdirdə həmin sərhədi pozan terrorçu qrupların məhv ediləcəyini bəyan etməlidir.