Obama 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yad etdi

  • By admin
  • 11 Sentyabr 2016 21:48

11sentyabr2001

ABŞ prezidenti Barak Obama 2001-cı il sentyabrın 11-də ABŞ-da törədilmiş dəhşətli terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.

HTML tutorial

Gununsesi.info TASS informasiya agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Barak Obama terror aktları nəticəsində həlak olanların xatirəsini Ağ evdəki Oval kabinetdə bir dəqiqəlik sükutla anıb. Daha sonra Prezident Pentaqona gedərək faciə qurbanlarının memorialına əklil qoyub. Barak Obama burada keçirilən mərasimə toplaşanlar qarşısında çıxış edib.

Xatırladaq ki, on beş il əvvəl – 2001-cı il sentyabrın 11-də terrorçular qaçırdıqları sərnişin təyyarələrini Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpıblar. Daha bir təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə vurulub. Dünyanı sarsıdan bu terror aktları nəticəsində 3 minə yaxın insan həlak olub.

Gununsesi.info