Obama Vaşinqtonda 8 milyon dollara ev alıb

  • By admin
  • 01 İyun 2017 10:20

obama_es

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda 8,1 milyon dollar dəyərində malikanə alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, malikanə Vaşinqtonun şimal-qərbində, hazırkı ABŞ prezidenti Donald Trampın qızı İvankanın evinin yaxınlığında yerləşir.

Obama ailəsi Ağ Evi tərk etdikdən sonra bu malikanəni icarəyə götürmüş, bu yaxınlarda onu almaq barədə qərar qəbul etmişdir. Malikanə böyüklüyü ilə diqqəti çəkir, burada 8 yataq otağı var.

Obama ailəsi sabiq prezidentin qızı Saşa məktəbi Vaşinqtonda bitirinə qədər hələ burada yaşamaq fikrindədir.

Gununsesi.info