Obama: “ABŞ Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləyir”

  • By admin
  • 01 İyun 2016 10:19

Obamaa

 

“Mən 23-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar sizi təbrik edirəm. Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır”.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu sözlər ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb.

B. Obama bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir: “ABŞ Azərbaycanın ən böyük tərəfdaşı olmaqda davam edir”.