
ABŞ prezidenti Barak Obama ölkənin müstəqillik günü ilə bağlı iyulun 4-də Ağ Evdə ənənəvi bayram gecəsi təşkil edib. Bayram gecəsində hərbçilərin ailələri qarşısında rep ustası Kendrik Lamar çıxış edib.
Gununsesi.info “billboard.com”-a istinadən xəbər verir ki, K.Lamar gecədə “Bitch, don’t kill my vibe (burada bitch sözü “drink”lə əvəzlənib), Poetic Justice, A.D.H.D. və başqa mahnılar ifa edib. Gecədə eyni zamanda, Janel Mone də (Janelle Monáe) çıxış edib. B. Obama çıxışı zamanı bildirib ki, iyulun 4-də həm də böyük qızının ad günüdür.
Qeyd edək ki, B. Obama və həyat yoldaşı hər il bərbçi ailələrini Ağ Evdə təşkil olunan bayram şənliyinə dəvət edirlər. Onlar birlikdə ziyafətdə və konsertdə iştirak, həmçinin, bayram atəşfəşanlığını birgə seyr edirlər.
B.Obama sonra deyib ki, 2015-ci ildə Kendrik Lamarın “How Much a Dollar Cost” kompazisiyası onun ən sevdiyi ifa olub.
Gununsesi.info