ABŞ dövlət başçısı Barak Obama vəzifəsinin bitmə müddətinə günlər qaldığı bir vaxtda evin özəl hissələrini “Ağ Ev xalqın da evidir” deyərək hər kəsə nümayiş etdirib. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın məşhur dekorasiya jurnalı olan “Architectural Digest”in yayımladığı fotoşəkillərdə Obama və ailəsinin 8 il ərzində yaşadığı Ağ Evin 2-ci mərtəbəsində yerləşən anlaşma otağı, qonaq otağı, əsas yataq otağı, sarı otaq və yemək otağı görüntülənib. Los-Ancelesli memar Maykl Smit tərəfindən dizayn olunmuş otaqların qiymətli sənət əsərləri ilə bəzənmiş olması da gözlərdən yayınmayıb.
Nigar Cəfərli
Gununsesi.info