Obama Belarusa qarşı sanksiyaların vaxtını uzadıb

  • By admin
  • 11 İyun 2016 10:45

Barack Hussain Obama

ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

HTML tutorial

“Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, məlumatda deyilir.

Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.

2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.  (APA)