Obama Co Baydeni “Prezident Azadlıq Medalı” ilə təltif etdi

  • By admin
  • 13 Yanvar 2017 11:34

co bayden

Yanvarın 12-də ABŞ Prezidenti Barak Obama vitse-prezident Co Baydeni Prezident Azadlıq Medalı ilə təltif edib.

Gununsesi.info-nun məlumatına görə, Obama vitse-prezidentinin xidmətlərindən söhbət açaraq qeyd edib ki, Co Bayden ABŞ-ın ən yaxşı vitse-prezidentidir.

Bu təltif Bayden üçün sürpriz olub. Prezident Obama çıxış edərkən Bayden o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.

Prezident Azadlıq Medalı ABŞ-ın ali mülki mükafatıdır. Müxtəlif illərdə Con Kennedi, Roma Papası II İohann Pavel, Ronald Reyqan, Martin Lüter Kinq, Jak-İv Kusto, Tereza Ana, Nelson Mandela və bir sıra başqa tanınmış şəxslər bu təltifə layiq görülüb.

Prezident Azadlıq Medalı 1946-cı il iyulun 6-da Prezident Harri Trumen tərəfindən Azadlıq Medalı kimi təsis edilib, 1963-cü il fevralın 22-də Prezident Con Kennedi tərəfindən bu təltifin adı dəyişdirilərək Prezident Azadlıq Medalı adlandırılıb.

Gununsesi.info