
ABŞ Prezidenti Barak Obama bütün dünyanı yeni seçilmiş prezident Donald Trampa vaxt verməyə çağırıb.
Axar.az xəbər verir ki, Peruda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində çıxış edən Obama Trampın özünü doğrultmaq üçün zamana ehtiyacı olduğunu deyib.
“ABŞ-da yeni administrasiyanın səlahiyyətlərinin icrasına başlamasını gözləyin. Bundan sonra yeni administrasiya ilə beynəlxalq ictimaiyyətin dünyanın rifah içərisində yaşaması ilə bağlı maraqlarının üst-üstə düşüb-düşmədiyi barədə nəticə çıxara bilərsiniz”.
Gununsesi.info