Obama: “Gülən Türkiyəyə təhvil verilə bilər, ancaq məsələ isbatlanmalıdır”

  • By admin
  • 06 Avqust 2016 13:16

obama

Türk iş adamı ABŞ prezidenti Barak Obamanın Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı mövqe bildirməsini tələb edib. ABŞ Demokrat Partiyasınn üzvü- türk iş adamı Murat Gözəl Hillari Klintonun seçki kampaniyası ilə bağlı təşkil olunan ziyafətdə prezident Obamaya Fətullah Gülənin Türkiyəyə təhvil verilməməsindən narahat olduğunu dilə gətirib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, türk iş adamının sualına cavab olaraq Obama deyib ki, bu, Türkiyədə ilk çevriliş cəhdi deyil: “Türk xalqı bu məsələdə həssas olduğundan siyasi müxalifət və xalq bir olaraq bu çevrilişə qarşı çıxdı. Türkiyənin yaxın müttəfiqi olan ABŞ da bu məsələdə Ankaranın yanında oldu”.

Fətullah Gülənin Türkiyəy təslim edilməsinə gəlincə, Obama deyib ki, Fətullah Gülənin təslim edilməsi məsələsi dəlillərə əsaslanaraq hüquq müstəvisində həll olunacaq. “Biz bu tələbi ciddi qəbul edirik və deyilənlərin isbat olunması lazımdır. Ancaq ondan sonra Gülən Türkiyəyə təhvil verilə bilər”- deyə, Obama vurğulayıb.

Gununsesi.info