Obama hərbçilərlə özünün son görüşünü keçirib

  • By admin
  • 05 Yanvar 2017 09:18

herbici

ABŞ prezidenti Barak Obama hərbçilərlə sonuncu dəfə görüşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətləri başa çatmaqda olan dövlət başçısı Virciniya ştatında, Fort-Mayerdə hərbçilərlə bir araya gəlib.

Bu görüşdə onu vitse-prezident Co Bayden, müdafiə naziri Eşton Karter və qərargah rəisi Cozef Danford müşayiət ediblər.

Hərbçilər qarşısında çıxış edən Obama bildirib ki, ABŞ əsgərləri üçün ən böyük məsuliyyət Amerika xalqının dəstəyini və inamını qazanmaqdır. “Xalqımızı qorumaq üçün gözünüzü qırpmayın. Fəqət əsgərlərimizin canını təhlükəyə atmamaq üçün döyüşlərə tələsik girməyin” – deyə Obama tövsiyə edib.

Qeyd edək ki, müdafiə naziri Obamaya hərbçilər adından medal təqdim edib.

Gununsesi.info