ABŞ prezidenti Barak Obama Miami Universitetinin milliyyətcə Türk olan Nurçin Çeliki və Northwestern İnivrsitetinin əməkdaşı Sinan Keteni “Gənc elm adamları və Mühəndislər başkanlığı karyeri” mükafatı ilə təltif edib.
Gununsesi.info “cnnturk”-ə istinadən xəbər verir ki, bu mükafatın verilmə ənənəsi 1996-ci ildən etibarən ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən qoyulub. Bu mükafatlar elm sahəsində uğurlu araşdırmalar aparan elmi işçilərə, xüsusən də mühəndislərə verilir. Bu mükafat bu sahədə çalışanlar üşün bir şərəf mükafatı hesab olunur. Obama da prezidentliyinin son ilində müdafiə, enerji, təhlükəsizlik sahəsində çalışan fərqlənən 102 gənc alimi mükafatlandırıb.
İki türk gənc alimi də müdafiə sahəsində əldə etdiyi uğurlu araşdırmalara görə mükafatlandırılıblar.
Qeyd edək ki, Nurçin Çelik 2006-cı ildə Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-a köçərək orada elmi fəaliyyətini davam etdirib. O, hazırda Florida şatatında Miami Universitetində çalışır.
Sinan Keten də 2005-ci ildə Boğaziçi Universitetinin İnşaat mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-ın Massachusetts Texnoloji Universitetinin doktorluq təhsilini davam etdirib. 2010-cu ildən isə Illinois ştatındakı Northwestern Universitetində çalışır.
Gununsesi.info