Obama ilə Ərdoğan Çində nədən danışacaqlar?  

  • By admin
  • 30 Avqust 2016 10:50

obama

Ağ Ev ABŞ prezidenti Barak Obama ilə  Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Çində keçiriləcək G20 sammitində görüşəcəkləri vaxtı  açıqlayıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  Ağ Evin ənənəvi gündəlik mətbuat konfransında  ABŞ prezidenti Obamanın G20-də  iştirak edəcəyilə bağlı məlumat verən Ağ Evin Milli Təhlükəsizlik üzrə  məsləhətçisinin köməkçisi Ben Zoedes  hər  iki liderin G20 sammitində iştirak etmək üçün gedəcəkləri Çində  bu ilin sentyabrın 4-də  bir araya gələcəyini söyləyib.

B.Zodes Obama ilə Ərdoğan arasındakı görüşdə 15 iyul dövlət çevrilişinə cəhddən  sonrakı vəziyyət, İŞİD ilə mübarizə, qaçqın böhranı ilə bağlı Suriya mövzusunun müzakirə obyekti olacağını  bildirib.İŞİD-ə  qarşı mübarizə mövzusunun  geniş müzakirə obyekti olacağını deyən  Zodes,  bunun iki ölkənin ortaq mübarizəsi olduğunu da vurğulayıb.

Zodes Cerablusda  təşkil edilən hərəkat haqqında  ABŞ-ın Türkiyənin yanında yer alıb almadığıyla bağlı verilən sualı cavablandırarkən hazırda  spesifik olaraq bu anda Cerablus mövzusunda da çalışdıqlarını qeyd edib: “ABŞ Türkiyənin Cerablusu İŞİD-dən  təmizlənməsi istiqamətində göstərdiyi  səylərinə dəstək verilib.  Eyni zamanda Türkiyənin öz sərhədlərini təhlükəsizlik altına almasını da dəstəkləyirik. Dəstəkləmədiyimiz səylər isə cənuba doğru hərəkət edilməsi və dəstək verdiyimiz müxaliflərdən olan Suriya Demokratik Qüvvələrinə  qarşı vuruşmasıdır. Türkiyəyə mesajımız  bu baxxımdan açıq oldu. Cerablusun İŞİD militanlarından təmizlənməsi məqsədini dəstəklədik. Bu da bir müddətdir Türkiyə ilə apardığımız danışıqların  mövzusudur. Suriya Demokratik  Qüvvələrinə qarşı təşkil ediləcək daha çox hərəkət İŞİD-ə qarşı eyni mövqedən mübarizə aparmaq  səylərimizi gücləndirəcəkdir “.

Zodes Suriya Demokratik Qüvvələri  (SDQ) ilə də ünsiyyətdə  olduqlarını ifadə edərək, SDQ-nin də Türkiyə ilə qarşı-qarşıya gəlməsini istəmədiklərini söyləyib.  B.Zodes “Türkiyə qüvvələrinə  qarşı hərbi fəaliyyət göstərilməməlidir.  Bundan başqa,  Fırat Çayının şərqinə çəkilmə öhdəlikləri var”-, deyərək  kolisiya üzvlərinin bir-biriylə qarşıdurmasını istəmədiklərini də dilə gətirib.

Ümumumiyyətlə,  Türkiyə ilə əlaqələrə də toxunan Zodes 15 iyul dövlət çevrilişinə cəhdddən sonra Türkiyə ilə həmrəylik  nümayiş etdirdiklərini  dilə gətirdiklərini, həyatını itirənlər üçün başsağlığı  verdiklərini də  söyləyib.

Obama və  köməkçisi Joe Bidenin tez-tez  Türkiyə prezidenti Ərdoğanla danışdıqlarını  vurğulayan Zodes, Çindəki görüşdə həm bütün bu mövzuların müzakirə ediləcəyini,  həm də regional olaraq əlaqələrin müzakirə ediləcəyininı gözlənildiyini bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info