Barak Obama ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, mətbuat konfransı noyabrın 14-ü, yerli vaxtla saat 15:15-ə (Bakı vaxtı ilə 00:15) təyin olunub.
Qeyd edək ki, həmin gün Barak Obamanın prezident qismində xaricə sonuncü səfəri başlayır. Dövlət başçısı Yunanıstan, Almaniya və Peruya səfər edəcək.
Gununsesi.info