Obama Merkelə Rusiyaya qarşı sanksiyaları saxlamağı təklif etdi

  • By admin
  • 17 Noyabr 2016 22:53

merkel-obama-640x360

ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə görüşdə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların saxlanılmasının vacibliyini müzakirə edib.  

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obama Berlində mətbuat konfransında bildirib.

“Rusiya Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyaların saxlanılması vacibdir” – deyə, Obama qeyd edib.
Gununsesi.info