Obama Putinlə görüşünü şərh etdi –  “Ona təklif etdim ki,..”

  • By admin
  • 21 Noyabr 2016 21:46

101888109-obama-putin-530x298

 

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Barak Obama arasında 4 dəqiqəlik görüş olub.

Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Obama Putinlə görüşünü şərh edərək bildirib ki, Putinə 2017-ci ilin yanvarı, yəni səlahiyyət müddəti başa çatan günə qədər Ukraynaya dair Misnk danışıqlarının həyata keçirilməsini təklif edib.

“Mən Putinlə Ukrayna ilə bağlı danışdım və bəyan etdim ki, mütləq Minsk danışıqlarına əməl olunmalıdır. Həmçinin bildirdim ki, öz vasitəçilərinə ABŞ, Fransa, Almaniya və Ukayna ilə birlikdə fəaliyyət göstərməyə dair tapşırıq versin”, – ABŞ-ın 44-cü prezidenti söyləyib.

 

Gununsesi.info