Obama qaçqınlara yaşayış hüququnun verilməsini ləğv etdi

  • By admin
  • 13 Yanvar 2017 10:43

BERLIN, GERMANY - JUNE 19:  U.S. President Barack Obama smiles as he signs the official guest book at Bellevue Palace on June 19, 2013 in Berlin, Germany. U.S. President Barack Obama is visiting Berlin for the first time during his presidency and his speech at the Brandenburg Gate is to be the highlight. Obama will be speaking close to the 50th anniversary of the historic speech by then U.S. President John F. Kennedy in Berlin in 1963.   (Photo by Thomas Imo/Photothek via Getty Images)

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.

“Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar” – deyə, bəyanatda qeyd olunur.

Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib.  Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da “yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.

Gununsesi.info