ABŞ prezidenti Barak Obama cümə günü Rusiya ilə hərbi sahədə əməkdaşlığın məhdudlaşdırılmasını nəzərdə tutan qanunu təsdiq edib.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, Obmanın qəbul etdiyi sənəddə Rusiya Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və bu ölkəyə qarşı işğalçılıq siyasətinə son qoymayanadək, o cümlədən digər NATO ölkələrinə qarşı təhdidlərinə son verməyənədək 2017-ci ildə ABŞ Müdafiə Nazirilyi tərəfindən Rusiya ilə hərbi sahədə hər hansı formada ikitərəfli əməkdaşlıq üçün maliyyə vəsaiti ayrılmayacağı qeyd olunub.
Sənəddə həmçinin, Rusiyanın Ukrayna ilə bağlı üzərinə götürdüyü Minsk razılaşmasını icra etməsi də öz əksini tapıb.
Gununsesi.info