ABŞ-ın keçmiş prezidenti Barak Obama daha bir eks-prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı ehtimalından narahatdır.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb
Bildirilib ki, o, hazırkı lider Co Bayden və onun tərəfdarlarını seçki kampaniyasını gücləndirməyə çağırıb.
Qeyd edək ki, Obama və Bayden Demokratlar Partiyasını, Tramp isə Respublikaçılar Partiyasını təmsil edir.
Nəşrin yazdığına görə, Obama və Bayden birbaşa olaraq seçki kampaniyasının yenidən qurulmasının zəruriliyini müzakirə ediblər.
Gununsesi.info