Obamanın Kastronun dəfniylə bağlı qərarı

  • By admin
  • 29 Noyabr 2016 23:26

9db658c2f60a0419ee484e3de21e9722__1920x

 

ABŞ-ın hazırki prezidenti Barak Obama Kubanın əfsanəvi lideri Fidel Katronun dəfn mərasiminə rəsmi nümayəndə heyətini göndərməyəcək.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Məlumatda bildirilir ki, mərasimdə ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods, eləcə də ABŞ-ın Kubada müvəqqəti işlər üzrə müvəkkili Ceffri Dilaurentis iştirak edəcək. Ağ Ev isə bu ziyarətləri rəsmi nümayəndə heyəti adlandırmır.

Qeyd edək ki, 90 yaşlı F. Kastronun vəfatı ilə əlaqədar ölkədə 9 günlük matəm elan olunub. O, matəmin bitdiyi gün, dekabrın 4-də dəfn olunacaq.

 

Gununsesi.info