Obamanın keçmiş müşaviri islamofobik ifadələrinə görə həbs edildi

  • By admin
  • 23 Noyabr 2023 14:55

Barak Obama administrasiyasının keçmiş Milli Təhlükəsizlik Şurasının rəsmisi Stuart Seldovits sosial mediada geniş yayılan bir sıra videoların Nyu-Yorkdakı halal qida kafesində müsəlman işçiyə qarşı islamofobik ifadələr işlətdiyini göstərəndən sonra həbs edilib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, keçmiş məmur irqi nifrət zəminində törədilən cinayətdə şübhəli bilinir.

Ötən həftə yayımlanan videolarda Seldovits İslam dinini ələ salıb, misirli ticarətçini vətəndaşlıq statusu ilə ələ salıb və onu HƏMAS-ı dəstəkləməkdə ittiham edib. Seldovitsin bu yaxınlarda işlədiyi konsaltinq şirkəti onun müqaviləsini ləğv edib və küçə satıcısını pulsuz vəkillə təmin edəcəyini bildirib.

Amerika-İslam Münasibətləri Şurasının məlumatına görə, bu videolar ABŞ-da HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra ərəb və müsəlmanlara qarşı qərəzlilik bildirilən insidentlərin misli görünməmiş artımını müşahidə etdiyi bir vaxtda yayılıb.

64 yaşlı Seldovits həm də ABŞ Dövlət Departamentinin Yaxın Şərqlə Əlaqələr İdarəsinin direktor müavini vəzifəsində çalışıb.

Gununsesi.info