Obamanın nənəsi vəfat edib - Onun hekayələri qəlbimi doldururdu

  • By admin
  • 30 Mart 2021 00:25

ABŞ-ın sabiq prezidenti Barak Obamanın Keniyada yaşayan nənəsi vəfat edib.

Gununsesi.info bildirir ki, sabiq Amerika lideri bu barədə özünün sosial şəbəkə hesabında təsirli status yazıb.

HTML tutorial

Nənəsinin itkisini acı ilə yaşadığını vurğulayan Obama qeyd edib ki, olduqca kasıbçılıqla həyat quran nənəsi buna baxmayaraq, bir neçə övlad böyüdüb.

“Keniyaya getdiyimdə keçmişə körpü olan adam idi. Onun hekayələri qəlbimi doldururdu” deyən Obama nənəsinin ölümünün onu çox sarsıtdığını vurğulayıb.

Gununsesi.info