
ABŞ Prezidenti Barak Obama bu gün xarici ölkələrə son səfərinə başlayır.
Axar.az xəbər verir ki, Obama bu gündən etibarən noyabrın 20-dək 3 ölkəyə (Yunanıstan, Almaniya və Peru) səfər edəcək.
Obama Yunanıstan Baş naziri Aleksis Tsipras, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey, Fransa Prezidenti Fransua Olland daxil olmaqla, bir sıra Avropa liderləri ilə eləcə də Çin sədri Si Tsinpin və Avstraliyanın Baş naziri Malkolm Ternbulla görüşlər keçirəcək.
Gununsesi.info