Obamanın sonuncu mətbuat konfransında Rusiyanı “zəif” ölkə adlandırdı

  • By admin
  • 17 Dekabr 2016 09:45

obama

Barak Obama ABŞ prezidenti qismində sonuncu mətbuat konfransını keçirib.
Gununsesi.info xəbər verir ki, Obama ABŞ prezidenti qismində keçirdiyi sonuncu mətbuat konfransında Rusiyanı “zəif” ölkə adlandırıb.
Barak Obamanın sözlərinə görə, Rusiya ABŞ-a nəzərən daha “kiçik” və “zəif” ölkədir. Onun iqtisadiyyatı neft, qaz və silahdan başqa digər ölkələrin almaq istədiyi heç nəyi istehsal etmir. Rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri şərh edən Obama əlaqələrin daha da pisləşdiyi qənaətindədir.
“Biz artıq Rusiyaya qarşı çoxlu sanksiyalar əldə etmişik. Təəssüf ki, son illər Rusiya ilə münasibətlərimiz daha da korlanıb”- deyə Barak Obama bəyan edib.

Gununsesi.info