Obameyanq Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq

  • By ilhame
  • 15 İyul 2024 22:59

Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edəcək.

 

Gununsesi.info xəbər verir ki, 35 yaşlı oyunçu yaxın vaxtlarda “Əl-Qadisiyah” klubu ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, 2023-cü ildən “Marsel”in formasını geyinən qabonlu futbolçu bu müddətdə meydana çıxdığı 51 oyunda 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info